Mayk Tayson Trampı müdafiə etdi
Dünya
15.06.2024 23:20
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson keçmiş ABŞ prezidenti Donald Trampı müdafiə edib.
TodayPress xəbər verir ki, “Dəmir Mayk” ləqəbli keçmiş peşəkar döyüşçü “Semafor” nəşrinə verdiyi müsahibədə Donald Trampla bağlı maraqlı fikirlər səsləndirib. O, keçmiş prezidentin hüquq sistemi ilə bağlı təcrübəsinin Amerikada qaradərililərə qarşı rəftarına bənzədiyini iddia edib.
"Əgər mən Donald Trampı heç görməsəydim və onun ağ olduğunu bilməsəydim, onun qaradərili olduğunu düşünərdim" deyən Tayson daha sonra, “Qəzetlərdə, mətbuatda onunla necə davranırdılar? Fikir verin, məhkəmədə onunla necə davrandılar? Qaradərililərlə də belə davranırdılar” deyə əlavə edib.
GÜNEL
tag: Mayk tayson, Boksçu, Donald Tramp, ABŞ prezidenti, todaypress.az,