Maya Sandu: “Moldovaya müasir ordu lazımdır”

Dünya

11.07.2024 12:13

“Moldovaya müasir, yaxşı təchiz olunmuş ordu lazımdır ki, ölkə vətəndaşları özlərini təhlükəsiz hiss etsinlər”.

TodayPress xəbər verir ki, bu barədə Prezident Maya Sandu bildirib.

“Vətəndaşlarımız özlərini təhlükəsiz hiss etməlidirlər. Buna görə də biz vətəndaşların fəxr edə biləcəyi müasir, yaxşı təchiz olunmuş ordu qurmağa borcluyuq” deyə prezident bildirib.

Sandu qeyd edib ki, Moldovanın güclü dövlət olmasına kömək edə biləcək xarici tərəfdaşlara ehtiyac var. Onun sözlərinə görə, Moldova “heç kəsi təhdid etməyən dinc ölkədir” və ordunun gücləndirilməsinə yönəlmiş bütün tədbirlər ölkə konstitusiyasında təsbit olunmuş bitərəfliyə uyğundur.

tag: Maya Sandu, Moldova,Vətəndaşlar, Prezident, Ölkə, todaypress.az,