Maya Sandu Moldovanın prezidenti seçildi
Dünya
04.11.2024 16:52
Moldovanın hazırkı prezidenti Maya Sandu noyabrın 3-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.
TodayPress xəbər verir ki, o, seçkilərdə səslərin 55,33 faizini, rəqibi, ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,67 faiz səs toplayıb.
Ümumilikdə 1,6 milyon nəfər seçki prosesində iştirak edib.
Günəş Mərd
tag: Maya Sandu,Moldova,Prezident,Seçki, Aleksandr Stoyanoqlo, todaypress.az,