Maskın “X”inin Britaniyadakı populyarlığı azalır
Dünya
28.11.2024 06:44
Amerikan onlayn platforması “Reddit”
Birləşmiş Krallıqda ən populyar sosial şəbəkələr arasında amerikalı sahibkar
İlon Maskın “X”ini ötərək beşinci yerə yüksəlib.
TodayPress “The Guardian”aistinadən xəbər verir ki, bu
nəticələr “Ofcom” kommunikasiya tənzimləyicisinin hesabatında öz əksini tapıb.
Bu ilin may ayında “Reddit”i 22,9 milyon britaniyalı
yetkin istifadəçi ziyarət edibsə, “X”də bu göstərici 22,1 milyondur. Bu,
“Reddit”i ölkənin ən sürətlə böyüyən iri sosial şəbəkəsi edir. “Reddit” 2023-cü
illə müqayisədə 47 % artım göstərməsi platformanı “LinkedIn” və “X”i ötərək
reytinqdə beşinci yerə yüksəlməsinə gətirib çıxarıb. Sosial şəbəkələr arasında
lider 44 milyon istifadəçiyə çataraq “Facebook”u ötən “YouTube” qalır.
“Reddit”in uğuru “Google” axtarış alqoritminin yenilənməsi ilə bağlıdır ki, bu
da orqanik trafikin artmasına yol açıb.
Nəşrin yazısında vurğulanıb ki, “X”in populyarlığı son il
ərzində 8 % azalıb ki, bu da kontent moderasiyası problemləri və “Meta”nın
“Threads”i tərəfindən rəqabətlə əlaqədardır.
Xatırladaq ki, daha əvvəl “The Guardian” “X”dəki
hesablarında yazı dərc etməyəcəyini açıqlamışdı. Səbəb kimi orada rast gəlinən
“narahatedici” məzmun, “o cümlədən ultra-sağçı konspiroloji nəzəriyyələr və
irqçilik” göstərilib. Hazırda nəşrin yazıları digər sosial platformalarla
yanaşı “X”in sürətlə populyarlaşan rəqibi – “Bluesky”da da paylaşılır.
tag: Ilon Mask, X,' Sosial Şəbəkə, Braziliya, todaypress.az,