Maskın təhqirinə Maduranın cavabı özünü çox gözlətmədi

Dünya

30.07.2024 09:57

Amerikalı milyarder İlon Mask Venesuela prezidenti Nikolas Maduronu seçki saxtakarlığında ittiham edib. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Bu, böyük seçici saxtakarlığıdır. Diktator Maduroya ayıb olsun” deyə Mask, bildirib.

Maduro cavabında Maskı tənqid edib və bildirib ki, o, Venesueladakı sülhün və əmin-amanlığın düşmənidir. 

Xatırladaq ki, bundan əvvəl də Latın Amerikasının doqquz ölkəsi müstəqil müşahidəçilərlə birlikdə Venesuelada keçirilən seçki nəticələrinə yenidən baxılmasını tələb etmişdi.

Töhfə Səməd

tag: Amerika, İlon Mask, Venesuela,Nikolas Maduro, Sülh, todaypress.az,