Maskın hərəkətləri ABŞ-ni məyus etdi

Dünya

25.12.2024 09:41

Amerikalı milyarder və iş adamı İlon Mask Milad ərəfəsində ABŞ Konqresini ölkənin büdcə layihəsinə yenidən baxmağa məcbur edərək, “X” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı 150-dən çox mesaj yazaraq parlamentdə xaosa səbəb olub. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb.

“Respublikaçıların çirkin çəkişmələri ictimaiyyətin gözünə sıçrayır, Demokratlar qələbəni elan edir və yeni seçilmiş prezident Donald Tramp bütün günahı Cozef Baydenin üzərinə atmağa çalışır. Bütün bunlar Maskın sayəsində baş verdi” deyə materialda bildirilib.

Qeyd olunur ki, Maskın “tez hərəkət et və hər şeydən qurtul” yanaşması Vaşinqtonun riskdən çəkinmə siyasi mədəniyyətinə ziddir. Qəzet vurğulayır ki, dünyanın ən varlı adamının bu cür hərəkətləri Amerika hakimiyyətinin bütün düşünülmüş planlarına xələl gətirə bilər.

Töhfə Səməd

tag: Mask, Tramp ,ABŞ, Məyus, todaypress.az,