Maskdan Trampa dəstək mitinqi
Amerikalı milyarder İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərində ilk seçki mitinqini keçirib.
TodayPerss xəbər verir ki, Mask Filadelfiyadakı məktəbin auditoriyasında keçirdiyi nümayişdə iştirakçıları erkən qeydiyyatdan keçərək səs verməyə çağırıb.
Mask çıxışında ABŞ Konstitusiyasının üstünlüyünü vurğulayıb:
“Bu konstitusiya sözün əsl mənasında ABŞ-ni bugünkü vəziyyətə gətirən fundamental dəyərlər toplusudur. Onun əleyhinə olan hər kəs ABŞ əleyhinədir və onlar da cəhənnəm olsunlar”.
Mitinq Maskın öz “X” sosial media platformasında da canlı olaraq yayımlanıb.
tag: ABŞ, Mask, Tramp, Mitinq, todaypress.az,