Maska qarşı iddia qaldırıldı

Dünya

15.01.2025 09:33

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) multimilyarder İlon Maskı qanunları pozmaqda ittiham edib və Vaşinqtonda federal məhkəmədə ona qarşı iddia qaldırıb.

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Komissiya hesab edir ki, Mask qəsdən "Twitter" sosial şəbəkəsinin səhmdarlarına şirkətin qiymətli kağızlarının böyük blokunu almaq niyyəti barədə məlumat verməyib ki, bu da ona endirimli qiymətə səhmlər almağa imkan verib. Bunun nəticəsində səhmdarlara 150 milyon dollar ziyan dəyib.

Öz növbəsində Maskın vəkili Aleks Spiro Qiymətli Kağızlar Komissiyasının iddialarını rədd edərək, müştərisinin "Twitter" səhmlərini alarkən heç bir qanun pozuntusuna yol vermədiyini bildirib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası İlon Maskın "Twitter"i satın almasını araşdırmağa başlayıb. 

Xatırladaq ki, 2022-ci ilin aprelində Mask "Twitter" sosial şəbəkəsini 44 milyard dollara satın alıb. 

Günəş Mərd

tag: ABŞ ,İddia, Mask ,Kağız, todaypress.az,