Mask "X"i boykot edən şirkətlərə müharibə elan etdi

Dünya

07.08.2024 09:46

Amerikalı sahibkar İlon Mask sahibi olduğu "X"i boykot edən şirkətlərə müharibə elan etdiyini açıqlayıb.

TodayPress xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

"İki ildir ki, biz sülhü sınadıq, indi müharibə vaxtıdır" deyə o, yazıb.

"X" şirkəti Qlobal Alyansı, Dünya Reklamçılar Federasiyasını və ayrı-ayrı şirkətləri məhkəməyə verib. Buna səbəb sosial şəbəkənin səhifələrində reklam verməyən şirkətlər tərəfindən “sistematik boykot”un tətbiq edilməsidir.

Töhfə Səməd

tag: İlon Mask, Dünya, Boykot,Müharibə, Şirkətlər, todaypress.az,