Mask və Bessent Trampın qərarına görə toqquşdu
ABŞ maliyyə naziri Skott Bessent və milyarder İlon Mask prezident Donald Trampın vergi xidməti ilə bağlı verdiyi kadr qərarına görə Ağ Evdə qalmaqallı şəkildə üz-üzə gəliblər.
TodayPress xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, aprelin 17-də Ağ Evin Qərb qanadında baş verən hadisədə tərəflər arasında sərt söz dueli yaşanıb, hətta fiziki toqquşma da qeydə alınıb.
Müşahidəçilər hadisəni “orta yaşlı milyarderlərin rinqi” kimi xarakterizə edib. Qarşıdurmaya səbəb Donald Trampın aprelin 16-da ABŞ Vergi Xidmətinə (IRS) müvəqqəti rəhbər təyin etdiyi Geri Şepli olub.
Bu namizəd İlon Mask tərəfindən irəli sürülsə də, Skott Bessent öz müavini Maykl Folkenderin təyinatında israr edib.
Mask Bessenti onun təşəbbüsünə müdaxilə etməkdə ittiham edib, Bessent isə Maskı “Soros agenti” adlandıraraq onu büdcə öhdəliklərinə əməl etməməkdə günahlandırıb.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Mask,Bessent,Todaypress.az,