Mask və Aİ arasında gərginlik artır
Dünya
14.08.2024 15:13
“Avropa Komissiyasının İlon Maska “X” sosial şəbəkəsində dezinformasiyanın yayılmasına görə məsuliyyət barədə xəbərdarlığı Brüssellə amerikalı sahibkar arasında münaqişənin kəskinləşməsinə səbəb olub”.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
“Biz həqiqətən də informasiya sahəsində sərt hüquq-mühafizə dövrünün astanasındayıq” deyə Avropa Siyasət Mərkəzinin direktor müavini Georg Rikeles qeyd edib.
O, həmçinin Maskın texnologiyanın silah kimi necə istifadə oluna biləcəyini sübut etdiyini vurğulayıb.
Qeyd edək ki, bundan öncə Avropa İttifaqı Komissiyası İlon Maska xəbərdarlıq edib. Bildirilib ki, platformada nifrət nitqi və zorakılıq çağırışlarına qarşı tədbir görülməlidir. Əks halda şirkət Avropada məhdudiyyətlərlə üzləşə bilər.
Günəş Mərd
tag: Mask, Avropa İttifaqı,Sosial Şəbəkə, Georg Rikeles ,Şirkət, todaypress.az,