Mask Ukraynada vəziyyətin gərginləşdiyini açıqladı
Dünya
22.10.2024 15:25
“Ukraynada vəziyyət gərginləşir”.
TodayPress xəbər verir ki, bu barədə amerikalı sahibkar və milyarder İlon Mask “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, buna səbəb Cənubi Koreyanın Ukraynaya hərbi mütəxəssislərin göndərməsi olub.
Mask qeyd edib ki, Seul bu addımı Şimali Koreya qoşunlarının döyüş bölgəsində olması ilə bağlı səsləndirilən iddialardan sonra atıb.
Xatırladaq ki, bundan əvvəl “Yonhap” agentliyi mənbələrə istinadən məlumat vermişdi ki, Cənubi Koreya Ukraynaya hərbi mütəxəssislər göndərmək istəyir. Ehtimal olunur ki, bu cür qrupların məqsədi hərbi əsirlərin dindirilməsində iştirak etmək və döyüş taktikasını təhlil etmək olacaq.
Günəş Mərd
tag: Mask, Ukrayna, Cənubi Koreya, Yonhap,Amerika, todaypress.az,