Mask Trampın iqamətgahını yeni Ağ Ev adlandırdı
Dünya
17.12.2024 20:00
Amerikalı iş adamı və sahibkar İlon Mask ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqonun iqamətgahının Ağ Ev olması ilə bağlı bəyanatı ilə razılaşıb.
TodayPress xəbər verir ki, bu barədə biznesmen özünün "X" sosial şəbəkəsində yazıb.
Mask, Trampın mülkünü “yeni Ağ Ev” adlandıran bir sosial şəbəkə istifadəçisinin bəyanatına “Ümumilikdə götürsək, bəli, bu belədir” deyə cavab verib.
Töhfə Səməd
tag: Amerika,İlon Mask,ABŞ,Donald Tramp,Mar-a-Laqo,Ağ Ev,todaypress.az,