Mask Trampı dəstəkləyənlərə hər gün 1 milyon dollar verəcək

Dünya

20.10.2024 17:40

2417

Amerikalı sahibkar və milyarder İlon Mask Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Trampa dəstək kampaniyası çərçivəsində  seçkilər başlayana qədər hər gün seçicilərə bir milyon dollar verəcəyini vəd edib.   

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Mask bildirib ki, onun siyasi fəaliyyət komitəsi, “Amerika PAC” Respublikaçıları səs vermək üçün qeydiyyatdan keçməyə çağıran onlayn petisiya imzalayan seçicilərə pul verməyə hazırdır. 

Agentliyin məlumatına görə, sahibkar öz komitəsinin yeganə maliyyə donoru olaraq qalsa, bu ona 17 milyon dollara başa gələ bilər.

Günəş Mərd 

tag: ABŞ,Sahibkar,Seçki,Donald Tramp,Todaypress.az,