Mask “Telegram”ın yaradıcısına azadlıq tələb etdi
Dünya
25.08.2024 10:27
Amerikalı iş adamı və milyarder İlon Mask #FreePavel heşteqi ilə “Telegram”ın yaradıcısı Pavel Durovu azad etməyə çağıran sosial şəbəkə istifadəçilərinə qoşulub.
TodayPress xəbər verir ki, “#FreePavel" deyə Mask “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, avqustun 24-də fransız kəşfiyyatçıları Pavel Durovu "Le Burje" hava limanında saxlayıblar.
Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Hazırda dünyanın hər yerindən “Telegram” kanalları Pavel Durova dəstək nümayiş etdirir.
Bəzi istifadəçilər sahibkarın fotolarını və ya videolarını, digərləri isə Durovdan sitatlar gətirərək #FreePavel həştəqi ilə paylaşırlar.
Günəş Mərd
tag: Mask, ABŞ, todaypress.az,teleqram,həbs,