Mask Starmeri ittiham etdi

Dünya

13.01.2025 12:29


"Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-də keçirilən prezident seçkilərinə xələl gətirməyə çalışıb. O, seçkiləri pozmaq üçün Amerikaya agentlər göndərib".

TodayPress xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask öz "X" hesabında yazıb.  

Mask daha əvvəl Starmerin istefa verməli və mühakimə edilməli olduğunu söyləyib. 

"Financial Times" qəzeti mənbələrə istinadən xəbər verir ki, Mask öz tərəfdaşları ilə krallıqda keçiriləcək növbəti parlament seçkilərinə qədər Starmerin vəzifəsindən uzaqlaşdırılması imkanını müzakirə edib.

Töhfə Səməd

tag: Mask ,Tərəfdaş ,Parlament ,starmer ,todaypress.az,