Mask: “Robotlar insanlardan iki dəfə çox olacaq”
Dünya
12.09.2024 15:00
“SpaceX” və “Tesla”nın rəhbəri, milyarder İlon Mask gələcəkdə hər bir insanın şəxsi robotu olacağını proqnozlaşdırıb.
TodayPress xəbər verir ki, o, bu barədə “All In” podkastı zamanı danışıb.
Maskın sözlərinə görə yaxın gələcəkdə robotların sayı insanların sayını təxminən iki dəfə artıracaq.
“Kim robot partnyor istəməz ki? Əlbəttə hər kəs robot partnyoru istəyir” Mask qeyd edib.
Sahibkar robotların yayılmasının iqtisadiyyata müsbət təsirini də proqnozlaşdırıb.
O qeyd edib ki, avtonom avtomobillər və robotlar iqtisadi artımı və məhsuldarlığı qeyri-müəyyən müddətə artıra biləcək.
Günəş Mərd
tag: İlon Mask ,İqtisadiyyat,Robot, Avtomobillər ,İnsanlar, todaypress.az,