Mask “prezident seçkiləri” keçirdi

Dünya

21.08.2024 09:10

Amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkəsində ABŞ-də keçiriləcək prezident seçkisi ilə bağlı sorğu keçirib. 

TodayPress xəbər verir ki, o, öz səhifəsində istifadəçilərdən hansı namizədi dəstəklədiklərini soruşub. 

Sorğunun nəticələrinə görə, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp dəstək baxımından rəqibi, vitse-prezident Kamala Harrisi üstələyib. 

Bir milyondan çox "X" istifadəçisinin səslərinə əsasən, keçmiş ABŞ lideri 78,7 faiz, Harris isə 21,3 faiz səs toplayıb. 

Günəş Mərd

tag: Amerika, Tramp, Prezident, Seçki,Respublikaçılar Partiyası, todaypress.az,