Mask onu ittiham edən siyasətçiyə sərt cavab verdi
Dünya
22.12.2024 13:56
Amerikalı milyarder və sahibkar İlon Mask onu Almaniya hökumətinə qarşı bəyanatlarına və Almaniya üçün Alternativ partiyasını dəstəklədiyinə görə tənqid edən keçmiş Avropa komissarı və Fransanın keçmiş naziri Tyerri Bretona sərt cavab verib.
TodayPress xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
“ABŞ-nin “xarici müdaxiləsi” sizin rus və ya alman dillərini bilməməyiniz üçün yeganə səbəbdir” Mask cavabında bildirib.
Qeyd edək ki, Breton öz səhifəsində ABŞ-nin gələcək administrasiyasının potensial üzvü olan Maskın Almaniya üçün Alternativ sağçı partiyasını açıq şəkildə dəstəklədiyini yazmışdı. O, bunu “xarici müdaxilənin klassik təzahürü” adlandırıb və ikili standartlara son qoymağa çağırıb.
Günəş Mərd
tag: Almaniya,Siyasətçi,Mask,ABŞ,Todaypress.az,