Mask məhkəməni uduzdu
Dünya
24.09.2024 11:51
İlon Mask 2022-ci ildə kütləvi işçi ixtisarından sonra təzminat tələb edən “Twitter” əməkdaşı (indiki “X”) ilə məhkəməsində məğlub oldu.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Vəkilin verdiyi açıqlamada, razılaşmaya əsasən, iddiaçının işdən anidən çıxarılmasına görə, tam təzminat alacağı bildirilib. Onun sözlərinə görə, belə bir qərar işdən çıxma haqqı ilə bağlı digər oxşar işlərə yaşıl işıq yandıra bilər. Vəkil daha 15 işin arbitraj dinləmələrindən keçdiyini və növbəti bir neçə ay ərzində qənaətbəxş qərarların veriləcəyini gözlədiyini söyləyib.
Xatırladaq ki, “X” şirkətinin keçmiş işçiləri işdən çıxarıldıqdan sonra müavinətlərin ödənilməməsinə görə, Maska qarşı arbitraj məhkəməsinə təxminən 2,2 min ərizə verib.
Töhfə Səməd
tag: Mask ,Vəkil ,Məhkəmə ,Təzminat ,todaypress.az,