Mask Maduronu kosmik lazerlə hədələdi
Dünya
09.08.2024 11:15
Amerikalı sahibkar İlon Mask Venesuela hakimiyyətinin ölkədəki “X” sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq qərarına gəldikdən sonra Venesuela prezidenti Nikolas Maduronun bığlarını qırxmaq üçün kosmik lazerdən istifadə edəcəyini bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində fikirlərini bölüşüb.
Qeyd edək ki, Maduro “X” sosial şəbəkəsinin ölkədə dəfələrlə qanunları pozduğu üçün onun Venesuelada fəaliyyətinin 10 gün müddətinə dayandırılacağını deyib.
Günəş Mərd
tag: İlon Mask, Venesuela, Maduro, Sosial Şəbəkə, Kosmik Lazer, todaypress.az,