Mask Leyboristlərə qarşı “silahlanır”
Dünya
09.01.2025 13:18
“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, amerikalı milyarder İlon Mask tərəfdarları ilə şəxsi söhbətlərində 2029-cu ilin avqustunda keçiriləcək növbəti parlament seçkilərinə qədər Key Starmerin Böyük Britaniyanın baş naziri postundan uzaqlaşdırılması imkanlarını müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə “The Financial Times” (FT) məlumat yayıb.
“Mask və onun sağçı dəstəkçiləri Leyboristlər hökumətində sabitliyi poza biləcək yolları araşdırırlar. Xüsusilə, İngiltərədəki digər siyasi hərəkatların, o cümlədən sağçı “Reform UK” partiyasının dəstəklənməsi imkanları nəzərdən keçirilir. Beləliklə, milyarder hətta növbəti parlament seçkilərinə qədər Britaniyanın baş nazirini dəyişikliyə təhrik etmək istəyir” qəzet yazıb.
Həmçinin qeyd edilib ki, Mask son altı ayda Britaniya siyasətinə xüsusi maraq göstərməyə başlayıb və Starmerin rəhbərlik etdiyi hökuməti getdikcə daha çox tənqid edir.
Günəş Mərd
tag: Mask ,Silah, Parlament ,Milyoner, todaypress.az,