Mask: “Keş Patel FTB-də nizam yaradacaq”
Dünya
03.02.2025 13:50
Amerikalı iş adamı, milyarder və ABŞ-nin yeni Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin olunan İlon Mask Federal Təhqiqatlar Bürosunda (FTB) dəyişikliklərin olacağını bildirib.
TodayPress xəbər verir ki, Mask bu barədə öz “X” sosial şəbəkə hesabında yazıb.
O, ABŞ Prezidenti Donald Tramp tərəfindən FTB rəhbəri postuna namizəd göstərilən Keş Patelə tam etimad etdiyini vurğulayıb.
“Keş nizam yaradacaq” deyə Mask FTB əməkdaşlarının təşviş içində olduğu və etiraz aksiyası planlaşdırdıqları barədə xəbərləri şərh edərkən yazıb.
Qiymət Mahir
tag: ABŞ,DOGE,İlon Mask,FTB,Keş Patel,todaypress.az,