Mask Kamala Harrisdən müsahibə alacaq
Dünya
13.08.2024 11:25
Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-nin vitse-prezidenti Kamala Harrisdən müsahibə alacaq.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
"Mən Kamala Harrisi “Spaces”də görməkdən məmnun olacam" deyə o bildirib.
Xatırladaq ki, Mask bundan əvvəl ABŞ prezidentliyinə namizəd, keçmiş Amerika lideri Donald Trampdan müsahibə alıb.
Günəş Mərd
tag: Mask, ABŞ, Tramp, Prezident, Kamala Harris, todaypress.az,