Mask “İlin adamı” statusundan imtina etdi
İlon Mask “Time” jurnalının onu “İlin adamı” elan etməsini istəmədiyini deyib.
TodayPress xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.
Jurnal 1927-ci ildən bəri hər il ilin adamını seçir. “Tesla” və “SpaceX”, “X” və “Neuralink” şirkətlərinin rəhbəri milyarder İlon Mask artıq 2021-ci ildə “İlin adamı” olub.
2024-cü ildə Maskdan başqa doqquz nəfər də bu titula namizəddir. Onlar arasında ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, vitse-prezident Kamala Harris, İsrailin baş naziri Benyamin Netanyahu, Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton, Meksika prezidenti Klaudiya Şeymbaum, “Meta”nın rəhbəri Mark Zukerberq və digərləri var.
Töhfə Səməd
tag: Donald Tramp ,İlon Mask,Tesla, SpaceX ,todaypress.az,