Mask Durovun həbsi ilə bağlı Makrona müraciət etdi

Dünya

27.08.2024 10:58

1870

Amerikalı milyarder İlon Mask "Telegram"ın qurucusu Pavel Durovun həbsi ilə bağlı Fransa prezidenti Emmanuel Makrona müraciət edib.

TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. 

Mask Makrondan insanlara həbsin səbəblərini izah etməsini istəyib. 

“Durovun niyə həbs edildiyi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumat əldə etməsi faydalı olardı” deyə Mask yazıb.

Qeyd edək ki, amerikalı sahibkar bundan əvvəl də Durov üçün sosial şəbəkələrdə açılmış heşteqləri dəstəklədiyini bildirmişdi.

Töhfə Səməd

tag: Fransa, Makron, Mask, Durov, Həbs, todaypress.az,