Mask Britaniyada yeni seçkilərin keçirilməsini istəyir
Dünya
02.01.2025 09:53
Amerikalı iş adamı İlon Mask, hakim Leyboristlər Partiyası üçün uğursuz nəticələnən son sorğuların nəticələri fonunda Böyük Britaniyada yeni parlament seçkilərinin keçirilməsinə çağırıb.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
"Britaniyada yeni seçkilər olmalıdır" deyə Mask sosial şəbəkələrdə müzakirə olunan sorğunun nəticələrini şərh edərkən bildirib.
Qeyd edək ki, dekabrın sonunda “Sky News” Britaniyanın hakim Leyboristlər Partiyasının reytinqinin İkinci Dünya müharibəsindən sonra ilin sonundakı ən aşağı rəqəmə düşdüyünü açıqlayıb. Bildirilib ki, hazırda vətəndaşların yalnız 26,6 faizi onları dəstəkləyir.
Xatırladaq ki, 2024-cü il iyulun əvvəlində Leyboristlər Partiyası 14 ildən sonra ilk dəfə Britaniya parlamentinə keçirilən seçkilərdə böyük qələbə qazanıb. Leyboristlərin lideri Keir Starmer isə ölkənin Baş naziri olub.
Günəş Mərd
tag: Leyborist, Partiya, Mask ,Seçki, todaypress.az,