Mask: "Bəşəriyyət yox ola bilər"
Dünya
18.09.2024 09:35
Bəşəriyyət sağ qalmaq üçün ulduzlararası səyahəti mənimsəməlidir.
TodayPress xəbər verir ki, bunu amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda bir kometanın planetlə toqquşacağı və ya Günəşin genişlənməsi nəticəsində Yerin məhv olacağı bir zərbə hadisəsi baş verə bilər.
“Kosmik sivilizasiyaya çevrilmək və ya yox olmaq kimi iki seçimimiz var” deyə Mask qeyd edib.
Qeyd edək ki, "SpaceX" rəhbəri bundan əvvəl
bəşəriyyətin dörd il ərzində Marsa enə biləcəyini və 20 ildən sonra orada özünü təmin edən bir şəhərdə yaşayacağını bildirmişdi.
Günəş Mərd
tag: Mask, Bəşəriyyət ,Kosmik, SpaceX, Mars ,todaypress.az,