Mask Baydeni zavallı adlandırdı

Dünya

24.07.2024 10:45

“Üç həftə əvvəl amerikalı jurnalistlər Baydenin “ağlı yerində” olduğunu yazmışdılar. İki gün əvvəl isə zavallı adam silah gücü ilə Demokratik namizəd kimi istefa verməyə məcbur edildi”.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu sözləri amerikalı milyarder İlon Mask deyib. 

Mask medianın ikili siyasət apardığını iddia edib. Onun sözlərinə görə, jurnalistlər indi də Kamala Harrisin namizədliyini "indiyə qədər baş verən ən yaxşı hadisə" adlandırıb.

Töhfə Səməd

tag: Bayden, Amerikalı, İlon Mask,Kamala Harris, Namizəd, todaypress.az,