Mask Baydeni vətənə xəyanətdə ittiham etdi

Dünya

02.01.2025 09:00

ABŞ-nin istefa verən prezidenti Cozef Baydenin administrasiyası ABŞ-Meksika sərhədindəki divar üçün materialları satmağa qərar verərək faktiki olaraq vətənə xəyanət edib.

TodayPress xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkəsində məlumat verib.

Amerikalı iş adamı Baydenin dövründə ABŞ hakimiyyətinin qəsdən miqrantlar üçün sərhədləri açdığına inanan sosial şəbəkə istifadəçilərindən birinin yazısını qiymətləndirərək, "yüz faiz yüksək xəyanət" deyə qeyd edib. 

Xatırladaq ki, dekabrda bildirilmişdi ki, Bayden administrasiyası vəzifəsini tərk etməmişdən öncə ABŞ-nin cənub sərhədindəki divarın istifadə olunmamış hissələrini satmaq niyyətindədir. Sözügedən divarın tikintisinə yeni seçilmiş prezident Donald Trampın birinci prezidentlik dövründə başlanılıb. 

Günəş Mərd

tag: ABŞ ,Bayden ,MAsk, İttiham, todaypress.az,