Mask Avropa Komissiyasının seçki siyasətindən danışdı
Dünya
10.11.2024 15:13
Amerikalı iş adamı İlon Mask Avropa Komissiyasının (AK) rəhbərinin seçilməsi üçün “daha şəffaf prosedur” ideyasını yüksək qiymətləndirib.
TodayPress xəbər verir ki, o, “X” sosial şəbəkəsində
öz fikirlərini bölüşüb.
Belə ki, Avropa Parlamentinin üzvü Fidias Panayiotu müvafiq təkliflə çıxış edib. O qeyd edib ki, AK-nin hazırkı rəhbəri Ursula fon der Lyayen “daha demokratik” seçilməlidir.
“Siz bizi Avropa Parlamentinə üzv seçdiniz, indi isə gəlin
özünüz qərar verin” deyə siyasətçi çağırış edib.
Mask onun fikrini dəstəkləyərək Panayiotunun yaxşı
fikir səsləndirdiyini söyləyib.
Töhfə Səməd
tag: İlon Mask, Avropa Parlamenti, Fidias, AK, todaypress.az,