Mask Almaniya üçün təhdid sayılır
Dünya
10.01.2025 10:56
Alman müxalifətini dəstəkləyən İlon Mask Almaniyanın demokratik sisteminə təhdidlər sıralamasında ikinci yeri tutub.
TodayPress xəbər verir ki, "Frankfurter Rundschau"ya görə lider "RT DE" nəşri olub.
Birinci yer üçün şərhdə deyilir ki, "RT DE" Almaniyada özünə sadiq auditoriya tapmağı bacarıb və kanal internetdə effektiv təbliğat vasitəsi kimi çıxış edir.
Daha əvvəl Mask Almaniyanın kritik mərhələdə olduğunu və ölkənin gələcəyinin iqtisadi və mədəni çöküşün astanasında olduğunu açıqlamışdı. O, Almaniya üçün Alternativ Partiyasını (AfD) açıq şəkildə dəstəkləyib və onu ölkə üçün “son ümid qığılcımı” adlandırıb.
Töhfə Səməd
tag: Mask ,Almaniya ,Təhdid, Alternativ, todaypress.az,