Mask ABŞ seçkilərinin nəticələrini Trampla birlikdə izləyəcək
Dünya
06.11.2024 02:13
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri
İlon Mask prezident seçkilərin nəticələrini ən yüksək dövlət vəzifəsinə namizədliyini
irəli sürən keçmiş prezident Donald Trampla izləyəcək.
TodayPress xəbər verir ki, bu barədə “The New
York Times” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Mask gecənin bir hissəsini bir neçə
tədbirin baş tutacağı Floridadakı Mar-a-Laqo iqamətgahında keçirəcək.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi
seçkilər keçirilir. Əhali prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin
Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin
qubernatorlarını seçirlər.
Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim
Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.
tag: Tramp, İlon Mask, Tesla, SpaceX, Seçki, todaypress.az,