Mask ABŞ-nin gələcəyi ilə bağlı danışdı

Dünya

06.10.2024 12:55

Prezident seçkilərində Donald Trampa dəstək verən amerikalı sahibkar və ixtiraçı İlon Mask, Kamala Harrisin dövlət başçısı seçiləcəyi təqdirdə ştatların dağılacağını proqnozlaşdırıb. 

TodayPress xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Maskın sözlərinə görə, ölkə miqrant axını və birpartiyalı siyasi sistemə keçidlə üzləşəcək.

“Donald Tramp uduzsa, Demokratik Partiya o qədər qeyri-leqalları qanuniləşdirəcək ki, ştatlar parçalanacaq və Amerika birpartiyalı sosialist ölkəyə çevriləcək” deyə Mask yazıb.

Töhfə Səməd

tag: Donald Tramp,ABŞ,Kamala Harris, Seçki,Mask,todaypress.az,