Mask: “ABŞ Konstitusiyası məhv olacaq”
Dünya
30.09.2024 13:15
“ABŞ-də keçirilən prezident seçkilərində Demokratlar Partiyası qalib gəlsə, ABŞ Konstitusiyası məhv ediləcək”.
TodayPress xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask “X” sosial şəbəkəsindəki hesabında bildirilib.
"Demokratlar Konstitusiyamızı məhv edəcəklər" deyə iş adamı qeyd edib.
Mask bunu ABŞ Prezidentinin İqlim Məsələləri üzrə Xüsusi Elçisi Con Kerrinin ABŞ Konstitusiyasına söz azadlığına zəmanət verən Birinci Düzəlişin “dezinformasiyaya qarşı mübarizədə ciddi maneə” olmasından şikayətlənən açıqlamalarına münasibət bildirərkən deyib. Kerri qeyd edib ki, lazımi dəyişiklikləri etmək üçün demokratlar qarşıdan gələn seçkilərdə qalib gəlməlidir.
Günəş Mərd
tag: Mask ,ABŞ ,Con Kerri,Konstitusiya, Demokratlar Partiyası ,todaypress.az,