Mask ABŞ hakimiyyətinin "SpaceX" ilə bağlı tələblərini ələ saldı
ABŞ hakimiyyəti Amerikanın “SpaceX” kosmik şirkətindən “Starship” kosmik gəmisini buraxmazdan əvvəl onun okeanda köpək balıqları və balinaların üzərinə düşməsi ehtimalı ilə bağlı araşdırma aparmağı tələb edib.
TodayPress xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa dəstək mitinqində danışıb.
Mask qeyd edib, bu tələb ona "komediya səhnəsini" xatırladır. O əlavə edib ki, köpək balıqları ilə aparılan araşdırmalardan sonra Amerika səlahiyyətliləri balinalarla maraqlanmağa başlayıblar.
“Düzünü desəm, bir kosmik gəminin balinanı vurmaq ehtimalı çox aşağıdır” deyə sahibkar qeyd edib.
Günəş Mərd
tag: İlon Mask,SpaceX,Balina,ABŞ,Todaypress.az,