Marsın yoxa çıxmış peyki tapıldı

Dünya

18.09.2024 17:20

1563

ABŞ Hərbi Dəniz Qüvvələri Rəsədxanasının astronomları Marsın unikal formasını və topoqrafiyasını izah etmək üçün fərziyyə irəli sürüblər. 

TodayPress xəbər verir ki, bu barədə Kornel Universitetinin arxiv idarəsinin yaydığı məqalədə məlumat verilib.

Bildirilib ki, Mars üçoxlu formaya malikdir. Onun günəş sistemindəki ən hündür dağlar və ən böyük kanyona malik unikal coğrafiyası var. Planetin relyefinin ən sirli elementlərindən biri ekvatorun yaxınlığında yerləşən və diametri təxminən beş min kilometr olan nəhəng Tarsis dağıdır.

Elm adamları bildirib ki, Marsın əvvəllər “Nerio” adlı peyki olub. 

Hesab edilir ki, Aydan təxminən üç qat kiçik “Nerio” əvvəllər orbitdə olub. Peyk, həmçinin planetin əks tərəfində yüksək dağlıqların yaranmasına kömək edən vulkanik fəaliyyətin artmasına da səbəb kimi göstərilə bilər.

Ehtimal edilir ki, “Nerio” ya başqa cismin təsiri ilə, ya da iri cisimlə toqquşaraq məhv olub. Onun qalıqları Marsın hazırkı iki peyki – “Fobos” və “Deimos” ola bilər.

Töhfə Səməd

tag: Mars ,Alimlər ,Nerio ,Peyk ,Kornel Universiteti ,todaypress.az,