Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək

Dünya

04.02.2025 08:22

ABŞ-nin dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor vəzifəsini müvəqqəti icraçısı təyin edilib.

Todaypress  xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

"USAID-in bir çox funksiyaları qalacaq. Lakin onlar ABŞ-nin xarici siyasətinə uyğunlaşdırılmalıdır", - Rubio bildirib.

Bundan əvvəl demokratlar və keçmiş diplomattodaypresslar USAID-in ləğvinə etirazlarını bildirərək, agentliyin bütün dünyada insanlara kömək etdiyini və yardımın ABŞ-nin dünya səhnəsində mövqeyini gücləndirdiyini iddia ediblər.

 

tag: ABŞ, Katib, Agentlik, USAİD, todaypress.az,