Mark Rutte Türkiyəyə səfər edəcək
NATO-nun Baş katibi Mark Rutte mayın 13-də Türkiyəyə rəsmi səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Rutte Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
NATO rəsmisinin Türkiyəyə səfəri, mayın 14-15-də Antalyada baş tutacaq NATO-nun xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl gerçəkləşəcək.
Qeyd edək ki, bu, Mark Ruttenin Baş katib kimi fəaliyyəti çərçivəsində regiona ilk səfərlərindən biridir.
Aysel Mətləb
tag: Mark Rutte,NATO,Baş Katib,Türkiyə,Səfər,Todaypress.az,