Mark həyat yoldaşının heykəlini hazırlatdı
Dünya
14.08.2024 18:30
“Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq həyat yoldaşı Priscilla Çanın iki metrlik heykəlini sifariş edib.
TodayPress xəbər verir ki, 40 yaşlı sahibkar nəticəni özünün sosial şəbəkə hesabından paylaşıb.
"Romalıların həyat yoldaşının heykəlini düzəltmək ənənəsini geri qaytarırıq" deyə Zukerberq paylaşımda qeyd edib.
O, amerikalı rəssam və heykəltəraş Daniel Arşama əl işinə görə təşəkkür edib.
Qeyd edək ki, 20 ildir birlikdə olan cütlüyün üç qız övladı var.
Günəş Mərd
tag: Facebook, Daniel Arşama, Rəssam, Heykəl,Mark, todaypress.az,