Mariya Zaxarova: "Paris Cənubi Qafqazda silahlı qarşıdurma yaratmağa çalışır"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa ilə Ermənistan arasındakı hərbi-texniki əməkdaşlıq sazişi ilə bağlı açıqlama verib.
TodayPress xəbər verir ki, Moskvada keçirdiyi həftəlik mətbuat konfransında Fransa ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq sazişinin imzalanmasını dəyərləndirən Zaxarova,
"Fransa Cənubi Qafqazda yeni silahlı qarşıdurma yaratmağa çalışır. Paris ölkələr daxilində və ya ölkələr arasında olan fikir ayrılıqlarından yalnız öz məqsədinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır” deyib.
GÜNEL
tag: Mariya Zaxarova, Rusiya Xarici İşlər Nazirliyi,Fransa, Ermənistan, todaypress.az,