Mariya Zaxarova Ermənistana səsləndi - "Siyahını təqdim edin"

Dünya

07.06.2024 22:07

Rusiya Federasiyası Ermənistandan Buçada öldürüldüyü iddia edilən şəxslərin siyahısını almağa ümid edir”.

TodayPress Reuters-ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib. O, bildirib ki, Moskva İrəvanı Ukraynanın Buça şəhərində öldürüldüyü iddia edilən vətəndaşların siyahısını təqdim etməyə çağırır.  

Diplomatın sözlərinə görə, Rusiya iki ildir ki, orada öldüyü iddia edilən şəxslərin siyahısı ilə bağlı məlumat əldə edə bilmir.

Zaxarova onu da qeyd edib ki, Avropa İttifaqı, ABŞ və Kanada nümayəndə heyətləri dəfələrlə şəhərə səfər ediblər, lakin Rusiya onlarla əlaqə saxlamır: “Onlardan yaxşı və ya konstruktiv bir şey gözləmək olmaz. Lakin biz erməni tərəfi ilə müntəzəm əlaqə saxlayırıq” deyə Zaxarova vurğulayıb.

Ermənistan parlamentinin sədri Alen Simonyan rusiyalı diplomatın bəyanatını şərh edərkən bildirib ki, respublikanın nümayəndə heyəti şəhərə səfər etməyib. Onun sözlərinə görə, şəhərə bir nəfər də olsun erməni deputat gəlməyib.

GÜNEL

 

tag: Reuters, Moskva, İrəvan, Mariya Zaxarova, todaypress.az,