Mariya Zaxarova Aİ ölkələrində rusların təqib eidildiyini açıqladı

Dünya

07.06.2024 07:33

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqı dövlətlərində rusların təqibinin son bir neçə ildə sistemli xarakter aldığını deyib.

TodayPress xəbər verir ki, “İzvestiya” nəşrinə açıqlamasında Mariya Zaxarova  son iki ildə baş verən hadisələrin Rusiyanın beynəlxalq çağırışlara davamlılığını göstərdiyini bildirib: “Son bir il yarım-iki il ərzində Avropa İttifaqı ölkələrində soydaşların vətəndaşlıq, dil və milli mənsubiyyətə görə təqib edilməsi sistemli xarakter alıb. Rusların hüquqları pozulur” deyə  diplomat qeyd edib.

Zaxarova xatırladıb ki, rusların viza, yaşayış icazəsi və daşınmaz əmlak almaq hüquqları Baltikyanı və digər Aİ ölkələrində məhdudlaşdırılıb.

GÜNEL

tag: Mariya Zaxarova, Rusiya, Avropa İttifqaı, Viza, todaypress.az,