Marin Le Pen qəzaya uğradı
Dünya
07.01.2025 15:05
Fransa parlamentində sağçı "Milli Birlik" Partiyası fraksiyasının rəhbəri Marin Le Pen Mayottaya səfəri zamanı dənizdə qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, bu barədə "BFM TV" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib. Marin Le Penin olduğu barja qarşıdan gələn digər barja ilə toqquşub.
Vurğulanıb ki, üç nəfər yüngül xəsarət alıb, onlardan biri huşunu itirib. Le Penin özünə zərər dəyməyib.
tag: Marin Le Penin,Dəniz, Xəsarət, Qəza ,todaypress.az,