Marin Le Pen: “Makron texniki olaraq məhv edildi”

Dünya

01.07.2024 19:15

Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Fransa seçkilərində birinci turda səsvermənin qalibi olduqdan sonra partiyasının Emmanuel Makronu “praktiki olaraq məhv etdiyini” bəyan edib.

Todaypress xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, Makronun seçkilərdə Le Penin partiyasına ağır məğlubiyyətdən sonra növbədənkənar səsvermə çağırışı, əks nəticə verib.

Qeyd edək ki, "Milli Birlik" partiyası səslərin 34 faizini toplayıb. Seçki marafonunda ikinci yeri 29 faiz səslə solçu “Yeni Xalq Cəbhəsi” tutub. “Respublika naminə birlikdə” - prezident koalisiyası isə seçiçilərin 22 faizinin etibarını qazanıb.

Töhfə Səmədova

tag: Fransa, Makron,Marin Le Pen, Seçkilər, todaypress.az,