“Marburq” qızdırmasına qarşı peyvənd preklinik sınaqlardan keçdi

Dünya

08.10.2024 17:30

Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiyalar Elmi Mərkəzinin mütəxəssisləri “marburq” qızdırmasına qarşı peyvəndin preklinik sınaqlarını uğurla başa vuraraq, kliniki mərhələyə hazırlaşırlar. 

TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə Rospotrebnadzorun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, vaksin hazırda klinik sınaqlara yüksək səviyyədə hazırdır. Bundan əlavə, şöbə mütəxəssisləri xarici ölkələrdə epidemioloji vəziyyətin operativ monitorinqini aparırlar. 

Qeyd edək ki, “marburq” virusu insanlar və meymunlara təsir edən nadir, lakin ağır ölümcül hemorragik qızdırma virusudur. Heyvandan insana ötürülməsindən sonra infeksiya insandan insana təmas yolu ilə yayılır. Yoluxmuş şəxslərin bədən mayelərinin damcıları ilə, qan vasitəsilə və ya digər əşyalarla təmas zamanı yoluxma halları baş verə bilər. 

Virus hava yolu ilə keçmir. Xəstə insanda simptomlar görünənə qədər xəstəlik yoluxucu deyil. 5-10 günlük inkubasiya dövründən sonra ilkin simptomlar kəskin şəkildə başlayır və qızdırma, titrəmə, baş ağrısı və əzələ ağrıları olur. 

Töhfə Səməd

tag: Virus ,Xəstəlik, İnsanlar ,Sağlamlıq ,Rusiya ,todaypress.az,