Manikür etdirən qadın İİV-ə yoluxdu
Rusiyanın Pskov şəhərində yerli sakin manikürdən sonra İİV-ə yoluxub.
TodayPress xəbər verir ki, bu barədə “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.
Rus qadın başqa xəstəliklə xəstəxanaya yerləşdirilib, lakin müayinə onun İİV-ə yoluxduğunu üzə çıxarıb.
Epidemioloji xidmətin apardığı araşdırmalar nəticəsində məlum olub ki, qadın mütəmadi olaraq kosmetik prosedurlardan keçib. İnfeksiyanın bundan başqa mümkün səbəbləri müəyyən edilməyib.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, manikür, pirsinq və ya tatuaj prosedurları zamanı gigiyena qaydalarına riayət edilməməsi İİV və hepatit şəklində ağır nəticələrə gətirib çıxara bilər.
Günəş Mərd
tag: Rusiya, Pskov, Manikür, Xəstəlik, Yoluxma, todaypress.az,