"Mançester Siti" və "Arsenal" qələbə qazandı

Dünya

05.10.2024 21:15

İngiltərə Premyer Liqasında yeddinci turun oyunları keçirilir.

TodayPress xəbər verir ki, son çempion "Mançester Siti" evdə "Fulhem"i qəbul edib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Eyni vaxtda "Arsenal" "Southempton"la qarşılaşıb. Matç "topçular"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra "Mançester Siti" və "Arsenal" hərəyə 17 xalla 2 və 3-cü yerləri bölüşürlər. Turnirə bir xal çox toplayan "Liverpul" başçılıq edir.

 

tag: Arsenal, Futbol, Mançester Siti, Liverpul, todaypress.az,