Maliyyə Nazirliyinin avtomobili oğurlandı
Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinin avtomobili Parisin şimal-şərq ətrafı Sevranda oğurlanıb.
TodayPress xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, hadisə iyunun 16-da nazirliyin sürücüsünün yaşadığı Sevrandakı evin yaxınlığında baş verib. O, oğurluq barədə polisə müraciət edib. Avtomaşın geolokasiya sistemi ilə təchiz olunmayıb.
tag: Fransa, Maliyyə Naziri, Oğurluq, Avtomobil, todaypress.az,