Malidə silahlı hücumda 40 nəfər öldürüldü
Dünya
03.07.2024 23:00
Naməlum silahlı şəxslər
Malinin mərkəzində kəndə hücum edərək təxminən 40 nəfəri öldürüb.
TodayPress xəbər verir ki,
hücum ölkədə on ildən artıqdır ki, Əl-Qaidə və İŞİD ilə əlaqəli qrupların fəaliyyət
göstərdiyi bölgələrdən olan Moptidəki Ciquibombo kəndində baş verib.
Bankass şəhərinin meri Mulay
Qindo “Reuters” xəbər agentliyinə bildirib ki, silahlı şəxslər kəndi mühasirəyə
alaraq insanlara atəş açıblar.
O, ölənlərin sayını açıqlamasa da, adının açıqlanmasını istəməyən iki yerli məmur 40-a yaxın insanın öldüyünü deyib.
Nəzrin Cavadzadə
tag: Mali, Hücum, Mulay Qindo, Mopti, todaypress.az,